6 yaşlı uşağa işgəncə verən məşhur “general”ın oğlu imiş - FOTO

19:01 05.02.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda əvvəllər özünü “general-mayor” kimi təqdim edərək dələduzluq etməkdə təqsirləndirilən Firdovsi Ələkbərovun oğlu Ayxan Ələkbərli saxlanılıb.

Hafta.az news24.az-a istinadən xəbər verir ki, buna səbəb onun azyaşlıya işgəncə verməsi olub.

Məlumata görə, Ayxan Ələkbərli Bakıda sevgilisi ilə birgə 6 yaşlı azyaşlıya işgəncə verməkdə təqsirləndirilir.

Faktla bağlı aparılan araşdırmalar nəticəsində o, saxlanılaraq məsuliyyətə cəlb edilib.

Yasamal Rayon Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxs barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.